Cəmiyyət

Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib

6 Oktyabr 2026 17:32
Baxış: 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliyi təsdiqləyib.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Dəyişikliyə əsasən, müvəkkilin aylıq vəzifə maaşı 12000 manat müəyyən edilib.

Müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödənilməsi ləğv edilib.

Bu Konstitusiya Qanunu qüvvəyə minənədək Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər onun bu Konstitusiya Qanunu ilə müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.

Bu Konstitusiya Qanunu 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.