İdman

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb

6 Oktyabr 2026 19:22
Baxış: 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən böyüklər arasında dünya çempionatında bürünc medal qazanıb.

Milli.Az xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda kanadalı Castin Lemirlə üz-üzə gəlib.

Məmmədəliyev rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.

O, növbəti mərhələdə Böyük Britaniya təmsilçisi Etan Nairnlə qarşılaşıb. İdmançımız bu görüşdə də qalib gəlib və adını 1/4 finala yüksəlib. Cüdoçumuz bu mərhələdə fransalı Dayyan Bulemtapes ilə qarşılaşıb və məğlub olub.

Buna baxmayaraq, Məmmədəliyev bürünc medal uğrunda təsəlliverici görüşdə tatamiyə çıxıb. O, italiyalı Leonardo Valerianini üz-üzə gəlib və qələbə qazanıb.

Cüdoçumuz braziliyalı Daniel Karqninlə qarşılaşıb. Rəqibini üstələyən Rəşid Məmmədəliyev mundialın bürünc medalını qazanıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.

Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (-60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdoçularının böyüklər arasında dünya çempionatlarında dördüncü, -60 kq çəki dərəcəsində isə ilk qızıl medalı olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.