Cəmiyyət

Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)

6 Oktyabr 2026 17:20
Baxış: 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin müvafiq əmri ilə Sərdar Eldar oğlu Məmmədov Nabran inzibati ərazi dairəsi üzrə nümayəndə, Elgün Ramiz oğlu Həsənov isə Ləcət inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin ediliblər.

Bundan əlavə, icra başçısının digər əmri ilə Rüfəddin Cavanşir oğlu Mirzəyev Seyidlikəndyeri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - ev təsərrüfatları uçotu işinin aparıcısı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, hər üç şəxs Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş daxili müsahibələrdə müvəffəqiyyət qazandıqdan sonra müvafiq vəzifələrə təyin olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yeni vəzifələrə təyin olunan şəxslərlə görüşüb. 

Görüş zamanı icra başçısı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qarşıda duran vəzifə və öhdəliklərdən irəli gələn məsələlərə toxunub. Elnur Rzayev vətəndaş müraciətlərinə həssas və qayğıkeş münasibət göstərilməsinin, əhalinin problemlərinin yerindəcə öyrənilməsinin və qaldırılan məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsinin vacibliyini xüsusi vurğulayıb. O, ərazi nümayəndəliklərində şəffaflığın təmin olunmasının, dövlət başçısının tapşırıq və tövsiyələrinə əməl edilməsinin, habelə vəzifəli şəxslərin sakinlərlə daim sıx əlaqədə olmasının vacibliyini diqqətə çatdıraraq onlara müvafiq tövsiyə və tapşırıqlarını verib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.