Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda energetika naziri Pərviz Şahbazov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri Lord Anas Sarvarın həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
Bu barədə Milli.Az Trend-ə istinadən məlumat verib.
İclasda Azərbaycan-Böyük Britaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, siyasi dialoq, iqtisadiyyat və ticarət, enerji, nəqliyyat və rəqəmsal infrastruktur, kənd təsərrüfatı, humanitar və səhiyyə sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Böyük Britaniyanın üç onillikdən artıq müddətdə Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olduğu vurğulanıb. Qeyd edilib ki, 39 milyard ABŞ dollarından çox investisiya ilə Birləşmiş Krallıq Azərbaycanda ən böyük xarici investordur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 67 faiz artıb. Bu ilin ilk yarısında isə ticarət dövriyyəsi 5,5 dəfə artaraq 3,6 milyard ABŞ dollarına çatıb, Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə yüksəlib.
bp ilə uzunmüddətli əməkdaşlığın AÇG-də səmt qazı hasilatına başlanması, "Şahdəniz" Kompressiya, "Şəfəq-Asiman", "Qarabağ" və "Əşrəfi-Dan Ulduzu-Aypara" layihələri, həmçinin Özbəkistanda birgə fəaliyyətlə davam etdiyi qeyd olunub. Gələn il istismara verilməsi nəzərdə tutulan 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyası və onun enerjisi hesabına Səngəçal terminalının dekarbonizasiyasının enerji keçidinin nümunəvi modeli olduğu vurğulanıb. Azərbaycanın Xəzər regionu və Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib. "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə 2029-cu ildə Yekun İnvestisiya Qərarının qəbulunun hədəfləndiyi bildirilib. Böyük Britaniyanın bu və digər yaşıl enerji bağlantısı layihələrində fəal iştirakı təşviq edilib. Britaniyanın "Xlinks" şirkətinin bu istiqamətdə əməkdaşlığa qoşulması birgə fəaliyyət üçün yeni imkan kimi qiymətləndirilib.
2025-ci ildə Azərbaycan və Böyük Britaniya arasında tranzit yükdaşımaların 14 faiz artması nəqliyyat sahəsində əməkdaşlığın müsbət dinamikasının göstəricisi kimi qiymətləndirilib. Orta Dəhliz boyunca infrastruktur və logistika layihələrində Britaniya şirkətlərinin, eləcə də Böyük Britaniyanın İxrac Kredit Agentliyinin - UKEF-in daha fəal iştirakı təşviq edilib. Həmçinin süni intellekt, kibertəhlükəsizlik, data mərkəzləri və insan kapitalının inkişafı üzrə birgə təşəbbüslərin həyata keçirilməsi, bu sahələr üzrə Yol Xəritəsinin hazırlanması, həmçinin Böyük Britaniyanın aparıcı universitetləri ilə birgə təhsil proqramlarının yaradılması imkanları müzakirə edilib. İclasda Böyük Britaniyanın Azərbaycanın minatəmizləmə fəaliyyətinə göstərdiyi dəstək, kənd təsərrüfatı, qida təhlükəsizliyi, təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafı da müsbət qiymətləndirilib.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olan Birləşmiş Krallıqla dostluq əlaqələrinin möhkəmləndirilməsinə və çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. "Əldə etdiyimiz nəticələr münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək üçün möhkəm zəmin yaradıb. Bunun üçün həm siyasi iradə, həm də geniş əməkdaşlıq potensialı var. Bugünkü iclas çərçivəsində imzalanan sənədlər, eləcə də əhatəli Fəaliyyət Planının qəbulu siyasi dialoqumuzun konkret nəticələrə çevrildiyini göstərir. Əsas vəzifəmiz razılaşmaları əməli nəticələrə, mövcud potensialı isə yeni layihələrə çevirməkdir".
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri Lord Anas Sarvar bildirib: "Böyük Britaniya və Azərbaycan uzun illər ərzində bir sıra mühüm sahələrdə investisiya və əməkdaşlığa əsaslanan möhkəm tərəfdaşlıq qurub. Bugünkü dialoq təmiz enerjidən süni intellektə qədər müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməklə strateji tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq istiqamətində ortaq iradəmizi nümayiş etdirir. Bu, biznes üçün yeni imkanların açılmasına və hər iki ölkədə iqtisadi artımın sürətləndirilməsinə şərait yaradacaq".
İclasın yekununda Protokol, eləcə də yaşıl enerji və nəqliyyat bağlantıları, şəhər mobilliyi sahələrində əməkdaşlığı əhatə edən 4 sənəd imzalanıb. Sənədlər sırasında "Xlinks" və "Yaşıl Dəhliz Alyansı" arasında Anlaşma Memorandumu, UKEF və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında Yol Xəritəsi, eləcə də Britaniyanın müvafiq qurum və şirkətləri ilə nəqliyyat, təhsil və digər istiqamətlər üzrə əməkdaşlıq sənədləri yer alıb. Həmçinin 2026-2027-ci illəri əhatə edən, 10 istiqamət üzrə 60-dan çox tədbiri özündə birləşdirən Fəaliyyət Planı qəbul edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı - (Video)
XƏBƏR LENTİ
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
-
Xaçmazda iki məktəbli qardaşı maşın vurdu
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - (Yenilənib)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı - (Video)
-
AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi
-
“Flydubai” təyyarəsi vurula bilərdi - İsrailin planı
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)
-
Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib - (Foto)
-
Ələtdə torpaq 50 faiz bahalaşıb - Qiymətlər niyə artır?
-
1870 tələbə ödənişsiz təhsil alacaq - DİM-dən açıqlama
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Papanın qaradərili şəxsin əlini havada qoyması müzakirə yaratdı - (Video)
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda tikilidə yanğın başladı
-
Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı
-
Xarkovda dağıntılar altında insanlar axtarılır





