Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə açıqlayıb.
Onun sözlərinə görə, bu linzalar əsasən kataraktı olan şəxslərdə, eləcə də 40-45 yaşdan sonra presbiopiya - yaşa bağlı yaxını görmənin zəifləməsi - yaranan pasiyentlərdə tətbiq olunur:
"Uşaqlar və gənclərdə isə göz hələ inkişafda olduğu və akkomodasiya (fokuslanma) qabiliyyəti qorunduğu üçün multifokal linzalar adətən seçilmir. Multifokal və trifokal linzalar hər kəs üçün uyğun deyil. Tor qişanın xəstəlikləri - yaşa bağlı makula degenerasiyası, diabetik retinopatiya, epiretinal membran -, qlaukomanın irəliləmiş mərhələsi və görmə sinirinin xəstəlikləri olan şəxslərdə bu linzalar gözlənilən nəticəni verməyə bilər".
Mütəxəssis-ekspert qeyd edib ki, keratokonus, buynuz qişanın qeyri-düzgün astiqmatizmi, əvvəllər buynuz qişada aparılmış bəzi əməliyyatlar və büllur bağlarının zəifliyi də nisbi əks-göstərişlər hesab olunur:
"Ağır quru göz sindromu əməliyyatdan əvvəl mütləq müalicə edilməlidir. Əks halda, ölçmələr düzgün alınmır və görmə keyfiyyəti aşağı düşür. Gecə çox maşın sürən pasiyentlərdə isə işıq ətrafında halo və parıltılar narahatlıq yarada bilər. Belə hallarda EDOF və ya monofokal linzalara üstünlük verilir. Buna görə də linza seçimi yalnız hərtərəfli müayinədən sonra həkim tərəfindən fərdi qaydada müəyyən edilir".
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
-
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
-
Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
XƏBƏR LENTİ
-
Xalq artistinin məclisdə pul toplaması qınandı - (Video)
-
İstilik mövsümünün başlanma tarixi dəyişdirilə bilərmi?
-
İtaliyada kişi anasının pensiyanı almaq üçün qadın qiyafəsinə girdi
-
Rəqsanədən oğlu ilə bağlı paylaşım - (Video)
-
Məkkə ittifaqı: Ankaranın ertələməyi seçdiyi yaddaş
-
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
-
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib
-
Psixotrop dərman iddiası yayılan bağçada direktor işdən çıxarıldı
-
Teymur Rəcəbovun reaksiyaları diqqət çəkdi - (Video)
-
Bakı–Qazax yolunda ağır qəza - 3 nəfər öldü
-
Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz
-
Tanınmış meyxanaçı yeni doğulan nəvəsinə məclis keçirdi – (Video)
-
Dövlət hərracında avtomobillər satışa çıxarıldı - Qiymətlər
-
Məşhur meyxanaçıya ağır itki
-
İbrahim Borçalının qızı "həri"sindən Video
-
Azərbaycan millisi FIFA reytinqində gerilədi
-
Minimum əməkhaqqı artırılsa, kimlərin maaşı yüksələcək?
-
Sakinlərin öz hesabına düzəltdiyi yol yenidən qazıldı
-
Yunanıstanda yeraltı təkanlar artdı - Bir neçə saatda 8 zəlzələ
-
Pünhan Piriyev Tolikin cavabını verdi: "Pul verib..." - (Video)
-
"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü
-
Bakı, Sumqayıt və Abşeronda pensiya alanlara vacib xəbər
-
Qəzənfər Abdullayev işdən çıxarıldı
-
Azərbaycanlı bloqerin bu videosu bir günə 20 milyon izləndi - 1 milyon "like"





