Şou-biznes

Pünhan Piriyev Tolikin cavabını verdi: "Pul verib..." - (Video)

7 Oktyabr 2026 14:19
Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Pünhan Piriyev prodüser Tarix Əliyevin (Tolik) onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.

Milli.Az xəbər verir ki, sənətçi bununla bağlı çəkdiyi videoda Tolikin sözlərinə etirazını bildirib və prodüserə bir sıra suallar ünvanlayıb.

Pünhan bildirib ki, əgər Tolik onun səsini bəyənmirdisə, onu efirə dəvət etməsinin səbəbini anlamır:

"Tolik deyir ki, efirlərə belə gəlməsin. Mən də soruşuram ki, mənim səsimi bəyənmirdinsə, məni niyə verilişinə dəvət edirdin? Sənin gözündə aşağıyamsa, niyə çağırırsan?

Tolik deyir, Vasif Məhərrəmli də təsdiq edir. Mənim 28 yaşım var. 8 yaşımdan bu vaxta qədər oxumağımda fasilə olmayıb. Mən efirə pul verib çıxmamışam, öz zəhmətimlə, əziyyətimlə çıxmışam".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.