Şou-biznes

Zaur Baxşəliyev: “Mən çıxana kimi televizorunuzu açmayın, hamı satsın” (Video)

7 Oktyabr 2026 11:39
Baxış: 1 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aparıcı Zaur Baxşəliyev TikTok-da canlı yayım zamanı izləyicilərinin suallarını cavablandırıb.

Milli.Az xəbər verir ki, canlı yayımda ona ünvanlanan sualların əksəriyyəti aparıcının televiziya fəaliyyətinə qayıdışı ilə bağlı olub. Zaur efir fəaliyyətinin başa çatmadığını və yenidən davam edəcəyini bildirib.

İzləyicilərdən birinin "Şuşada niyə veriliş açmırsan?" sualı isə aparıcının maraqlı reaksiyasına səbəb olub.

Zaur Baxşəliyev belə cavab verib:

"Yaxşı edirsiniz, televizoru açmırsınız. Mən çıxana qədər televizoru açmayın, bağlı saxlayın. Hamı televizorunu dəyər-dəyməzinə satsın. Mən yoxamsa, nəyə lazımdır? Nə verilişlər etmişəmsə, bu gün təkrarlayırlar, yenidən efirə verirlər. Bir az formasını dəyişirlər, iki pərdə əlavə edib proqramın adını dəyişirlər, olur yeni veriliş. Yenilik lazımdır. Mənim verilişlərimin ömrü o qədər uzun olmayıb, özüm bezirəm elə olanda. Şuşada televiziyanı mən aça bilmərəm. Onu açıb mənə deməlidirlər ki, gəl, otur".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.