Cəmiyyət

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

7 Oktyabr 2026 12:10
Baxış: 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda sosial şəbəkə platformalarının istifadə payları üzrə 2026-cı ilin sentyabr ayına dair statistika açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Global Stats" Statistika Mərkəzinin məlumatına görə, hesabat ayında Azərbaycanda sosial media platformaları arasında ən yüksək bazar payı "Facebook"a məxsus olub. Platformanın istifadə payı əvvəlki ayla müqayisədə 9,61 faiz bəndi azalaraq 37,26 faiz təşkil edib.

İkinci yerdə "YouTube" qərarlaşıb. Platformanın Azərbaycandakı bazar payı sentyabr ayında 7,71 faiz bəndi azalaraq 21,56 faizə düşüb.

"Instagram" 12,32 faiz bazar payı ilə üçüncü sırada yer alıb. Platformanın göstəricisi əvvəlki ayla müqayisədə 1,3 faiz bəndi azalıb.

Dördüncü pillədə "X" (keçmiş "Twitter") qərarlaşıb. Platformanın bazar payı 11,02 faiz təşkil edib. Bu göstərici aylıq müqayisədə 0,72 faiz bəndi aşağı düşüb.

"Pinterest" 7,69 faiz bazar payı ilə beşinci yerdə qərarlaşıb. Platformanın payı sentyabr ayında əvvəlki ayla müqayisədə 1,93 faiz bəndi artıb.

Altıncı sırada "LinkedIn" yer alıb. Platformanın Azərbaycandakı bazar payı 5,19 faiz təşkil edib və aylıq müqayisədə 2,03 faiz bəndi azalıb.

"Reddit" isə 4,76 faiz göstərici ilə yeddinci pillədə qərarlaşıb. Platformanın bazar payı əvvəlki ayla müqayisədə 0,33 faiz bəndi artıb.

Beləliklə, sentyabr ayında Azərbaycanda sosial şəbəkələrin bazar payına görə ilk üçlük "Facebook", "YouTube" və "Instagram"dan ibarət olub.

Dünyada "Facebook" liderdir

Qlobal göstəricilərə əsasən, 2026-cı ilin sentyabr ayında dünyada da ən yüksək bazar payına "Facebook" sahib olub.

Platformanın qlobal bazar payı əvvəlki ayla müqayisədə 0,02 faiz bəndi artaraq 71,32 faizə çatıb.

"X" 7,42 faiz göstərici ilə dünya üzrə ikinci sırada yer alıb. Platformanın qlobal bazar payı sentyabr ayında aylıq müqayisədə 0,73 faiz bəndi azalıb.

Üçüncü yerdə "Instagram" qərarlaşıb. Platformanın qlobal bazar payı 7,39 faiz təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,49 faiz bəndi çoxdur.

"YouTube" 7,25 faiz bazar payı ilə dördüncü sırada yer alıb. Platformanın göstəricisi aylıq müqayisədə 0,95 faiz bəndi azalıb.

"Pinterest" 3,38 faiz göstərici ilə beşinci yerdə qərarlaşıb. Onun qlobal bazar payı ay ərzində 0,36 faiz bəndi artıb.

"Reddit" dünya üzrə sosial şəbəkələr arasında 2,42 faiz bazar payı ilə altıncı sırada yer alıb. Platformanın göstəricisi əvvəlki ayla müqayisədə 0,82 faiz bəndi yüksəlib.

"LinkedIn" isə 0,61 faiz bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Platformanın qlobal göstəricisi sentyabr ayında 0,04 faiz bəndi artıb.

Statistikaya əsasən, Azərbaycan və qlobal bazarda sosial şəbəkələrin sıralanması arasında nəzərəçarpacaq fərq var. Azərbaycanda "YouTube" ikinci, "LinkedIn" isə altıncı yerdə qərarlaşdığı halda, qlobal reytinqdə "X" ikinci, "Instagram" üçüncü, "YouTube" isə dördüncü pillədədir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.