Hadisə

"Diri Baba” türbəsində XVI əsrə aid şeyxin məzarı aşkarlanıb

7 Oktyabr 2026 16:48
Baxış: 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qobustandakı "Diri Baba" türbəsinin ərazidində 2022-ci ildə aparılan qazıntılar zamanı XVI əsrdə yaşamış şeyxə aid olduğu müəyyən edilən skelet aşkarlanıb.

Milli.Az xəbər verir ki, bunu abidə kompleksinin direktoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə həmin məzarın üzərində də türbə və müvafiq infrastruktur yaradılması nəzərdə tutulur.

Direktor onu da əlavə edib ki,"Diri Baba" türbəsini bu ilin yanvar-sentyabr aylarında 28 215 turist ziyarət edib.

"Ziyarətçilərin 12 175-i xarici, 16 040-ı isə yerli turistlər olub. 

"Türbəyə ABŞ, Yaponiya, Rusiya, Avropa ölkələrindən də turistlər gəlib.
Hazırda ərazidə arxeoloji qazıntı, konservasiya və restavrasiya işləri aparılır",-deyə o qeyd edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.