Ceyhun Bayramov Orta Dəhliz və regional əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb - (Foto)
Xarici işlər naziri Ceyhun Bayramov Orta Dəhliz və regional əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Bu barədə Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumatda qeyd edilib.
Bildirilib ki, oktyabrın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində "Avaza" Milli Turizm Zonasında keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycanın xarici işlər nazirlərinin müşavirəsində iştirak və çıxış edib.
Nazir Ceyhun Bayramov müşavirənin ali səviyyəli Sammit ərəfəsində keçirilməsinin əməkdaşlığın əsas istiqamətləri üzrə ilkin müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb. Ötən il Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edilməsinin ölkələrimiz arasında tarixi və mədəni bağlara, qarşılıqlı etimada və birgə strateji maraqlara əsaslanan dərin inteqrasiya proseslərinin göstəricisi olduğu qeyd edilib.
Müasir dövrdə artan qlobal qeyri-sabitlik, geosiyasi rəqabət və təchizat zəncirlərinin pozulması fonunda dövlətlərin iqtisadi və enerji təhlükəsizliyi üçün regional əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanıb. Bu çərçivədə, C6 formatı iştirakçıları arasında bərabərhüquqlu və etimada əsaslanan siyasi dialoqun, ticarət və qarşılıqlı investisiyaların genişləndirilməsinin önəmi diqqətə çatdırılıb.
Nazir strateji əhəmiyyət kəsb edən nəqliyyat və enerji sahələrindəki əməkdaşlığa toxunaraq, Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında və beynəlxalq ticarətdə Orta Dəhlizin artan rolunu qeyd edib. Həmçinin, yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində ölkələrimiz arasında inkişaf edən strateji tərəfdaşlığın, eləcə də nəqliyyat və rəqəmsal bağlantı layihələrinin regionun potensialının tam reallaşdırılması üçün əhəmiyyəti vurğulanıb.
Çıxışda ekoloji gündəliyə xüsusi diqqət ayrılıb. İqlim dəyişikliyinin fəsadları, Aral dənizi və su problemləri ilə yanaşı, Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə aşağı düşməsinin sahil infrastrukturuna və ekoloji vəziyyətə mənfi təsiri qeyd olunaraq ciddi narahatlıq ifadə edilib. Bu problemlərin həlli üçün sistemli elmi yanaşma, məlumat mübadiləsi və regional əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.
Sonda nazir Ceyhun Bayramov müşavirənin yekunlarına əsasən qəbul ediləcək sənədlərin və əldə olunacaq razılaşmaların gələcək uzunmüddətli əməkdaşlıq üçün aydın istiqamət olacağına əminliyini ifadə edib.
Azərbaycanın bu formatın möhkəmlənməsinə və qarşıya qoyulan vəzifələrin icrasına fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Orta Dəhliz və regional əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb - (Foto)
-
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
-
Məkkə ittifaqı: Ankaranın ertələməyi seçdiyi yaddaş
-
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
-
Prezident İlham Əliyev: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb
-
Prezident İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
XƏBƏR LENTİ
-
Ukraynaya endirilən zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb
-
Zelim Tçkayev finalda məğlub olub
-
Ömər Rəcəbli dünya üçüncüsü olub
-
Pedro Rodriges karyerasını başa vurdu
-
Kıvanç Tatlıtuğun uşaqlıq (Fotosu)
-
Bakı–Qazax yolunda ağır qəza: 4 ölü, 1 yaralı var - Yenilənib
-
Ceyhun Bayramov Orta Dəhliz və regional əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb - (Foto)
-
Filarmoniyada görkəmli bəstəkar Cahangir Cahangirovun 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirildi - (Foto)
-
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
-
Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament təsdiqlənib
-
Sabah Masallının 5 kəndində qaz olmayacaq
-
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
-
Naxçıvanda oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
-
84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü
-
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
-
Əli Mirəliyev uzun illər küsülü olduğu əməkdar artistlə efirdə barışdı - (Video)
-
Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləndi
-
Rəqsanə atasına əhsan süfrəsi açdı – Qardaşı ilk dəfə danışdı - (Video)
-
"Diri Baba” türbəsində XVI əsrə aid şeyxin məzarı aşkarlanıb
-
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
Büdcədənkənar vəsaitlərin istifadəsinə dair yeni qayda müəyyənləşib
-
Şükran Sultanovun anasına bahalı hədiyyəsi - (Video)
-
Polşada peşə məktəbinə bıçaqlı hücum - 9 nəfər yaralandı
-
Rusiya XİN-dən Kiyevlə bağlı mühüm çağırış





