Hadisə

Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var

7 Oktyabr 2026 20:31
Baxış: 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Lerikdə iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir neçə nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qəzalardan biri rayonun Blaband kəndində qeydə alınıb.

Sadiq Novruzovun idarə etdiyi "VAZ-2121" ("Niva") markalı avtomobil hərəkətdə olarkən "UAZ" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində "Niva"da olan üç nəfər xəsarət alıb.

Xəsarət alanlardan biri, Lerik rayonunun Pirəsora kənd sakini, 1963-cü il təvəllüdlü Fədail Bəbir oğlu Bağırovun vəziyyəti ağır olduğundan o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Müalicəsi xəstəxanada davam etdirilir.

Digər yol-nəqliyyat hadisəsi Lənkəran-Lerik magistralının 39-cu kilometrliyində qeydə alınıb. Lerik rayonunun Zenoni kənd sakini, 1985-ci il təvəllüdlü Həmid Heybət oğlu Dövlətov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü və sərnişini - onun həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayıl Maşallah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.