Ölkə

Bakıda məktəbli qətli: Uşağı məsuliyyətdən yayındırmaq üçün saxta sənəd düzəldirlər? - (Foto)

7 Oktyabr 2026 21:32
Baxış: 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər".

Milli.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib.

O, bildirib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınları onun ruhi xəstə olması barədə saxta sənəd hazırlatmağa çalışırlar:

"Bu hadisə bilərəkdən törədilib. Hadisədən bir həftə əvvəl həmin yeniyetmə məktəbin 11-ci sinif şagirdləri ilə dalaşıb və onların üzərinə qayçı ilə hücum edib. Məktəbin direktoru həmin uşağı və onunla mübahisə edən iki 11-ci sinif şagirdini məktəbə buraxmır.

Sonuncu hadisə isə oktyabrın 5-də günorta saatlarında baş verib. Həmin gün qardaşım oğlu dərsdə olub. Bu oğlan ona zəng vurub məktəbin arxasına çağırıb və "səninlə işim var" deyib. Qardaşım oğlu dərsdən çıxıb onun dediyi yerə gəlib.

Məktəbin arxasına çatanda həmin oğlan qardaşım oğluna deyib ki, guya iki gün əvvəl ona gülüb. Elə bunu deyən kimi də uşağı bıçaqlayıb. Uşaq xəstəxanada dünyasını dəyişib.

Bizim başımızın hüzrə qarışmasından istifadə edib işi həll etmək, uşağı məsuliyyətdən yayındırmaq istəyirlər. Aldığımız məlumata görə, hazırda uşağın anlaqsız olması barədə sənəd hazırlatdırırlar ki, onu məsuliyyətdən azad etsinlər. Bu üsulla bizim uşağın qanını batırmaq istəyirlər. Cinayəti törədən uşağın anası deyir ki, məsələni ört-basdır edəcəklər".

Z.Ağayev bildirib ki, ailə bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından yardım istəyir və hadisənin obyektiv araşdırılmasını xahiş edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.