İdman

Türkiyə millisində Montella ilə bağlı qərar verildi

7 Oktyabr 2026 11:55
Baxış: 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə milli komandasının UEFA Millətlər Liqasındakı uğursuz çıxışı baş məşqçi Vinçenzo Montellanın gələcəyini gündəmə gətirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis turnirdə komandanın keçirdiyi dörd qarşılaşmanın hamısında məğlubiyyətlə üzləşib. Nəticələrdən sonra Montellaya yönələn tənqidlərin artdığı bildirilir.

İddialara görə, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu italiyalı çalışdırıcı ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

Məlumata əsasən, Montellanın TFF ilə müqaviləsi 2028-ci il Avropa çempionatının sonuna qədər qüvvədədir. Onun illik əməkhaqqının 2 milyon 200 min avro olduğu qeyd edilir.

TFF rəhbərliyinin müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi təqdirdə Montellaya beş aylıq maaşı məbləğində təzminat ödəyəcəyi də məlumatlar sırasındadır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.