Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - (Foto)
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.
Bakı guşəsində Şirvanşahlar Sarayının təsvirləri, Qız qalasının maketi, İçərişəhərin, Heydər Əliyev Mərkəzinin, "Alov Qüllələri"nin, Bakı buxtasının təsvirləri yer alıb. Kulinariya zonası isə Azərbaycan mətbəxinin təbliğinə xidmət edəcək. Burada Kollecin tələbələri üçün Azərbaycan mətbəxinə dair təlimlər də təşkil olunacaq.
Tədbirdə çıxış edən Kollecin rektoru Trin Tri Tu Ha bildirib ki, xalqlarımız arasında dostluğun təməli Vyetnam Prezidenti Ho Şi Minin Bakıya, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin isə Vyetnama səfərləri ilə qoyulub. Müstəqillik dövründə iki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd olunub ki, Hanoy Ticarət və Turizm Kolleci öz növbəsində xalqlararası dostluğa töhfə vermək üçün müxtəlif layihələr həyata keçirir.
Rektor ötən ilin aprelində Leyla Əliyevanın Kollecin kollektivi və vaxtilə Azərbaycanda təhsil alan vyetnamlılar ilə görüşünü, Heydər Əliyev Fondunun bu təhsil ocağına dəstəyini məmnunluqla xatırladıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan mədəniyyətinə göstərilən diqqətə görə Kollecin rəhbərliyinə minnətdarlığını bildirib. O, təhsil ocağında Bakı guşəsinin və Azərbaycan kulinariya zonasının açılmasının Kollecin tələbələri və Hanoy sakinlərinin Azərbaycanı daha yaxından tanımasına töhfələr verəcəyinə əminliyini ifadə edib. Leyla Əliyeva belə bir tədbirin Azərbaycan Prezidentinin Vyetnama rəsmi səfəri günlərində keçirildiyinin xüsusi rəmzi məna daşıdığını deyib. Heydər Əliyev Fondunun təhsil və sosialyönümlü layihələrinin Vyetnamı da əhatə etdiyi diqqətə çatdırılıb.
Tədbirdə incəsənət ustaları Azərbaycan-Vyetnam dostluğuna həsr olunan mahnılar, Vyetnam dilində "Arşın mal alan" musiqili komediyasından parçalar və yeni bəstələnmiş "Azərbaycan-Vyetnam" mahnısını ifa ediblər.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - (Foto)
-
Azərbaycan və Vyetnam strateji tərəfdaşlığın yeni gündəliyini formalaşdırır: əsas prioritetlər
-
Prezident İlham Əliyev: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq
-
Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik - Vyetnam Prezidenti
-
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
-
YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
BDU-dan Məleykə Abbaszadə ilə bağlı yayılan xəbərə cavab
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - (Foto)
-
İnsan öləndən sonra bədənində hansı dəyişikliklər baş verir?
-
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
-
Məşhur uşaq südü ilə bağlı qalmaqal - Laboratoriyadan şok nəticə
-
“Real Madrid” Kurtua ilə müqavilənin müddətini uzatdı
-
Qara Qarayevin musiqisi III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalında nəsilləri bir araya gətirib - (Foto)
-
Azərbaycan və Vyetnam strateji tərəfdaşlığın yeni gündəliyini formalaşdırır: əsas prioritetlər
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
İtkin düşən 4 nəfər tapıldı
-
Kartoçkasız müharibə: Kreml cibləri qoruyur
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Vyetnamın birinci xanımı No Fon Li Hanoyda İrs Evində olublar - (Foto)
-
Eyyub Quliyev İtaliyada keçirilən ilk Aralıq dənizi Beynəlxalq Dirijorlar Müsabiqəsinin münsiflər heyətində Azərbaycanı təmsil edib - (Foto)
-
Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır
-
Prezident İlham Əliyev: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq
-
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - (Video/Foto)
-
Turistləri heyrətə gətirən ölkə: Küçələrində bu mənzərə ilə qarşılaşacaqsınız
-
Nigar Hafizqızı vəfat etdi
-
Kimi Antonelli Las-Veqas Qran-Prisinin təsnifat mərhələsinin qalibi oldu
-
Türkiyədə meyit aparan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb
-
Bazar günü intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Ukrayna ordusu Xarkovda 14 yaşayış məntəqəsini geri aldı
-
"Bavariya" xal itirdi
-
Bakıda Xalq rəssamının oğlunun meyiti tapıldı - (Foto)





