Dünya

Nazir yolun keyfiyyətini su stəkanı ilə yoxladı - (Video)

8 Oktyabr 2026 15:30
Baxış: 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Suriyanın nəqliyyat naziri Yərub Bədr yeni tikilmiş magistral yolun keyfiyyətini maraqlı üsulla yoxlayıb.

Milli.Az xəbər verir ki, nazir yolun hamar olub-olmadığını su ilə dolu stəkan vasitəsilə sınaqdan keçirib.

Belə ki, Yərub Bədr su ilə doldurulmuş stəkanı avtomobilinə yerləşdirərək yeni salınmış yolda hərəkət edib. Səfər boyunca stəkandakı suyun tökülmədiyini görən nazir "Yaxşı yol çəkiblər" deyib.

Suriyalı nazirin bu sınağı sosial mediada diqqət çəkib. İstifadəçilər onun yolun keyfiyyətini bu üsulla yoxlamasını maraqla qarşılayıblar.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.