Dünya

İran bu vaxta qədər Hörmüz boğazını açmayacağını elan etdi

8 Oktyabr 2026 16:30
Baxış: 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hörmüz boğazında gəmiçiliyin yalnız İranın qarşılaşdığı bütün problemlər həll edildikdən sonra normal rejimə qayıdacağı bildirilib.

Milli.Az xəbər verir ki, bunu İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Moxber deyib.

Onun sözlərinə görə, ölkənin problemləri həll olunana qədər Hörmüz boğazı açılmayacaq.

Məhəmməd Moxber qeyd edib ki, Tehran strategiyasını qarşı tərəfin strategiyasında baş verən dəyişikliklərə uyğunlaşdırır.

O vurğulayıb ki, İranın atacağı addımlar müxtəlif ola bilər, lakin ölkə rəhbərliyi dövlətin ali maraqlarına xidmət edən bütün tədbirləri həyata keçirir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.