Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı fotosərgisinin açılışı keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli İncəsənət Muzeyində fotoqraf Rauf Əskəri Nəsirovun "Əksetmə" adlı ilk fərdi fotosərgisinin açılışı keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Mİlli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə müəllifin müxtəlif illərdə ərsəyə gətirdiyi 50-ə yaxın fotoəsər nümayiş olunur.
Sərginin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, memar, professor və sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əliyev, Beynəlxalq foto müsabiqələrin laureatı, kurator Əqdəs Bağırzadə çıxış ediblər. Çıxışlarda fotoqrafın yaradıcılıq yanaşmasından, şəhər və təbiətə fərqli baxışından, gündəlik həyatda diqqətdən kənarda qala bilən detalları foto vasitəsilə ön plana çıxarmasından söz açıblar. Xüsusilə memarlıq nümunələrinin müəllif tərəfindən olduğu kimi qorunaraq, heç bir süni müdaxilə və dəyişiklik edilmədən təqdim olunması vurğulanıb. Qeyd olunub ki, bu yanaşma fotolarda məkanın real görünüşünün, memarlıq xüsusiyyətlərinin və zamanla formalaşan vizual yaddaşının olduğu kimi qorunmasına töhvə verir. Sonda Socar Downstream Managment şirkətinin texniki xidmətlər departamentinin aparıcı mühəndisi, əsərlərin müəllifi Rauf Əskəri Nərirov çıxış edərək sərginin ırsıyı gəlməsində dəstək göstərən hər kəsə və qonaqlara təşəkkürünü bildirib. Daha sonar qonaqlar sərgi ilə tanış olublar.
Fotoqrafiya Rauf Əskəri Nəsirovun uşaqlığından yaradıcı maraq dairəsinin mühüm istiqamətlərindən birini təşkil edir. Uzun illər müxtəlif sahələrdə, o cümlədən yaradıcı mühəndis kimi fəaliyyət göstərən müəllif son illərdə fotoqrafiya sahəsində peşəkar fəaliyyətini intensivləşdirib.
Fotoqrafın yaradıcı yanaşmasının əsasını gündəlik həyatın müşahidələri zamanı nəzərdən qaça biləcək məqamların qeydə alınması təşkil edir. Müəllif əvvəlcədən müəyyənləşdirilmiş süjetlərdən daha çox, real həyatın axarında qarşısına çıxan təsvirlərə, işıq və kölgə münasibətlərinə, təzadlara və təsadüfi kompozisiyalara diqqət yetirir.
Sərginin əsas mövzusunu Bakı şəhəri və onun gündəlik vizual mühiti təşkil edir. Şəhərin küçələri, memarlığı, Dənizkənarı Bulvar, parklar və dəniz müəllifin kadrlarında sənədli təsvir olmaqla yanaşı, işıq, forma və perspektiv vasitəsilə yeni vizual obrazlar qazanır. Bununla yanaşı, çiçək, yarpaq və cavan pöhrə kimi təbiətin kiçik detalları da müəllifin diqqətindən yayınmır; beləliklə, şəhər mənzərələri ilə təbiət fraqmentləri vahid fotoqrafik baxışda birləşir.
"Əksetmə" adı da layihənin əsas yanaşmasını ifadə edir. Burada ətraf mühitin sadəcə obyektivdə əks olunmasından deyil, müşahidə olunan reallığın müəllifin şəxsi təcrübəsi, yaddaşı və baxışından keçərək yenidən təqdim edilməsindən söhbət gedir. Bu mənada fotoşəkil görünənin qeydə alınmasından əlavə, onun fərdi interpretasiyasına çevrilir.
Sərgidə Azərbaycanın şimalındakı dağlıq ərazidə çəkilmiş foto da yer alır. Payız yarpaqlarının arasından boylanan kiçik yaşıl pöhrənin təsvir olunduğu bu kadr təsadüfi müşahidə nəticəsində yaranıb və müəllifin gözə çarpmayan detallara münasibətini əks etdirir.
Sərgidə Bakı və təbiətə aid müxtəlif görüntülər, işıq və qurulan kompozisiyalar, gündəlik həyatın ayrı-ayrı fraqmentləri bir araya gətirilir. Layihə tamaşaçıya tanış məkan və detallara fərqli rakursdan baxmaq, adi görünən görüntülərdə yeni məna və təsvirlər kəşf etmək imkanı yaradır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı fotosərgisinin açılışı keçirilib - (Foto)
-
Filarmoniyada görkəmli bəstəkar Cahangir Cahangirovun 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirildi - (Foto)
-
Azər Aydəmir yeni vəzifəyə təyin olundu
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
Plener əsərlər sərgisi açılacaq
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
XƏBƏR LENTİ
-
ABŞ Ukrayna danışıqlarında vasitəçilik səylərini dayandıra bilər - Rubio
-
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçirilib - (Foto)
-
Çox zülal qəbul etmək arıqladır? - Həkim açıqladı
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
-
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq: Sistemlər hücum altındadır
-
ABŞ İrana zərbələri bərpa edə bilər - Mühüm detallar
-
Əməkdar artist: “Bəd nəzərə gəldim, 14 saat komada qalmışam” - (Video)
-
Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər - (Video)
-
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
-
Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı fotosərgisinin açılışı keçirilib - (Foto)
-
"Şou-biznesin ən gözəl xanımı Aygün Kazımovadır"
-
Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunu 9 ayda 120 mindən çox turist ziyarət edib
-
Cəbrayılda mina partladı - Xəsarət alan var
-
İran bu vaxta qədər Hörmüz boğazını açmayacağını elan etdi
-
"Neftçi" – "Sabah" oyununun hakimləri açıqlandı
-
Müdir işçilərinə BMW hədiyyə etdi - Səbəbi təəccübləndirdi
-
Məleykə Əsədovanın bacısı qızı vəfat etdi - (Foto)
-
Müğənni Elvinin oğlu Aygün Bəylərin mahnısını oxudu: Atası göz yaşlarına boğuldu - (Video)
-
Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü
-
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub
-
Abşeronda gecə səs-küy salan 23 motosiklet sürücüsü cəzalandırıldı
-
Kəmalə Günəşli özündən çıxdı: “Məndən üzr istəyəcəksən, üzünə tüpürüb yola salacağam" - (Video)
-
Ayaq mazollarını ev şəraitində necə sağaltmaq olar?
-
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib





