Cəmiyyət

Çox zülal qəbul etmək arıqladır? - Həkim açıqladı

8 Oktyabr 2026 17:50
Baxış: 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Zülalın qəbulu toxluq hissini uzadaraq iştahanın idarə olunmasına kömək edə və məşqlərlə birlikdə yağ itkisini dəstəkləyə bilər. Lakin arıqlamanın əsas şərti gün ərzində sərf ediləndən daha az kalori qəbul etməkdir.

Milli.Az xəbər verir ki, mütəxəssis Ancelina Süleymanovanın sözlərinə görə, zülalın həzm olunması zamanı orqanizm daha çox enerji sərf edir. Bu xüsusiyyət onu çəki azaltmaq istəyənlər üçün faydalı qida maddəsinə çevirir. Bununla belə, əlavə olaraq protein kokteylləri qəbul etmək və ümumi kalori miqdarını artırmaq əks nəticə verə, hətta çəki artımına səbəb ola bilər.

Arıqlama prosesində zülalın digər mühüm rolu əzələ kütləsinin qorunmasıdır. Xüsusilə güc məşqləri ilə birlikdə kifayət qədər zülal qəbul edilməsi yağ itkisinə və əzələlərin saxlanmasına yardım edə bilər.

Mütəxəssis həmçinin qeyd edib ki, çoxlu zülal qəbul etmək təkbaşına əzələ kütləsini artırmır. Əzələlərin inkişafı üçün düzgün qidalanma ilə yanaşı, müntəzəm fiziki məşqlər də vacibdir.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.