Hörmüz boğazında gəmiçiliyin yalnız İranın qarşılaşdığı bütün problemlər həll edildikdən sonra normal rejimə qayıdacağı bildirilib.
Milli.Az xəbər verir ki, bunu İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Moxber deyib.
Onun sözlərinə görə, ölkənin problemləri həll olunana qədər Hörmüz boğazı açılmayacaq.
Məhəmməd Moxber qeyd edib ki, Tehran strategiyasını qarşı tərəfin strategiyasında baş verən dəyişikliklərə uyğunlaşdırır.
O vurğulayıb ki, İranın atacağı addımlar müxtəlif ola bilər, lakin ölkə rəhbərliyi dövlətin ali maraqlarına xidmət edən bütün tədbirləri həyata keçirir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)