Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Sərdar Berdiməhəmmədovla görüşü olub - (Foto)
Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub.
Milli.Az xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulandı. Qeyd edildi ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edildi.
Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulandı.
Prezident İlham Əliyev bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi.
Dövlətimizin başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladaraq, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülmüş bu tarixi təşəbbüsün yekdilliklə dəstəklənməsinə görə bir daha minnətdarlığını bildirdi.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Sərdar Berdiməhəmmədovla görüşü olub - (Foto)
-
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - Birgə Bəyanat
-
Prezident İlham Əliyevin iştirakı ilə Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
-
Prezident İlham Əliyev: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
-
Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir
-
Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb - (Tam çıxış)
XƏBƏR LENTİ
-
"Azəri qızı" Günel tanınmaz halda - (Video)
-
“Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur” - Rəşid Mahmudov
-
Maduronun həyat yoldaşının səhhəti pisləşdi - Həbsxanada 11 kiloqram arıqladı
-
Məşhur aktrisanın sevgilisi üçün verdiyi qərar gündəm oldu
-
Coşqun Rəhimov Aşıq Zülfiyyəni parodiya etdi - (Video)
-
Ermənistan mallarına Avropada 2 illik güzəşt tətbiq olunacaq
-
Toral Bayramovun transfer qiyməti düşdü
-
Zaurun qızı canlı yayımda kövrəldi – Aparıcıya deyilən bu sözə görə - (Video)
-
Abşeron xəstəxanasında direktor müavinini bıçaqlayan sürücü imiş... - (Foto)
-
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Sərdar Berdiməhəmmədovla görüşü olub - (Foto)
-
Nazir ona yüksək vəzifə verdi
-
Masa arxasında altıncı: Mərkəzi Asiya sədrlik çəkicini niyə Bakıya etibar etdi?
-
Rövşanə Ağasəfqızının yeni işi bəlli oldu
-
Rəna Abbasovaya yüksək vəzifə verildi
-
Dünyanın ən yaşlı kişisi ad gününü keçirdi - (Foto)
-
Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub
-
9 ayda 40 minə yaxın şəxsə əlillik verildi
-
Paytaxtda daha 3 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib - (Yenilənib)
-
Tramp Putini ad günü münasibətilə təbrik etmədi
-
Bakıya intensiv yağış yağacaq - Proqnoz verildi
-
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - Birgə Bəyanat
-
Məşhur hind aktyoru vəfat etdi
-
Əmr vermək haqqı olmayan qardaşlıq: Türkiyə təriqətləri və Azərbaycanın dünyəvi seçimi
-
Prezident İlham Əliyevin iştirakı ilə Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub





