Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının maliyyə idarəçiliyi "Chandler Governance Group" tərəfindən dərc olunan 2026-cı ilə dair "Chandler Yaxşı İdarəetmə İndeksi" (Chandler Good Government Index 2026 - CGGI 2026) hesabatında yüksək nəticə göstərib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmiz indeksin əsas qiymətləndirmə istiqamətlərindən olan "Maliyyə idarəçiliyi" (Financial Stewardship) üzrə 133 ölkə arasında Sinqapur və Norveçdən sonra 3-cü yeri tutub.
"Maliyyə idarəçiliyi" meyarı üzrə qiymətləndirmə "büdcə profisiti", "dövlət xərclərinin səmərəliliyi" və "dövlət borcu" indikatorları üzrə aparılıb. Azərbaycan bu indikatorlar üzrə yüksək nəticələr göstərərək "büdcə profisiti" üzrə birinci, "dövlət xərclərinin səmərəliliyi" üzrə 16-cı, "dövlət borcu" üzrə isə 26-cı mövqedə yer alıb.
Təşkilatın dərc etdiyi hesabatda bildirilir ki, "maliyyə idarəçiliyi" meyarı üzrə yüksək nəticə göstərən ölkələrdə, o cümlədən Azərbaycanda səmərəli dövlət maliyyə idarəçiliyi, büdcə intizamı və fiskal şəffaflıq vətəndaşlar üçün daha yaxşı nəticələrin təmin edilməsi və iqtisadi inkişaf baxımından mühüm idarəetmə şərtləridir.
"Chandler Governance Group" mərkəzi Sinqapurda yerləşən və qlobal miqyasda dövlət sektorunun səmərəliliyini artırmağa xidmət edən beynəlxalq təşkilatdır.
Hökumətlərə dövlət idarəçiliyinin gücləndirilməsi və praktik islahatların aparılması istiqamətində dəstək göstərən təşkilat 2021-ci ildən etibarən dünya ölkələrinin hökumət imkanlarını, effektivliyini və dövlət idarəçiliyi keyfiyyətini ölçən və qiymətləndirən nüfuzlu qlobal indeks yayımlayır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub
-
9 ayda 40 minə yaxın şəxsə əlillik verildi
-
Paytaxtda daha 3 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib - (Yenilənib)
-
Bakıya intensiv yağış yağacaq - Proqnoz verildi
-
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə
-
11 gün iş olmayacaq - Tarixlər açıqlandı
XƏBƏR LENTİ
-
Sezen Aksu xəstəxanaya yerləşdirildi
-
Zaurun qızı canlı yayımda kövrəldi – Aparıcıya deyilən bu sözə görə - (Video)
-
Abşeron xəstəxanasında direktor müavinini bıçaqlayan sürücü imiş... - (Foto)
-
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Sərdar Berdiməhəmmədovla görüşü olub - (Foto)
-
Nazir ona yüksək vəzifə verdi
-
Masa arxasında altıncı: Mərkəzi Asiya sədrlik çəkicini niyə Bakıya etibar etdi?
-
Rövşanə Ağasəfqızının yeni işi bəlli oldu
-
Rəna Abbasovaya yüksək vəzifə verildi
-
Dünyanın ən yaşlı kişisi ad gününü keçirdi - (Foto)
-
Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub
-
9 ayda 40 minə yaxın şəxsə əlillik verildi
-
Paytaxtda daha 3 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib - (Yenilənib)
-
Tramp Putini ad günü münasibətilə təbrik etmədi
-
Bakıya intensiv yağış yağacaq - Proqnoz verildi
-
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - Birgə Bəyanat
-
Məşhur hind aktyoru vəfat etdi
-
Əmr vermək haqqı olmayan qardaşlıq: Türkiyə təriqətləri və Azərbaycanın dünyəvi seçimi
-
Prezident İlham Əliyevin iştirakı ilə Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
-
İstanbulda 6 mərtəbəli bina çökdü - (Yenilənib)
-
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə
-
11 gün iş olmayacaq - Tarixlər açıqlandı
-
Sezen Aksu xəstəxanaya yerləşdirildi
-
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
-
Prezident İlham Əliyev: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir





