Milli ilə vidalaşan Messidən ilk açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səkkizqat "Qızıl top" sahibi Lionel Messi Argentina milli komandasında keçirdiyi illərə rəsmən son qoyub.
Milli.Az xəbər verir ki, əfsanəvi futbolçu qərarı ilə bağlı sosial şəbəkə hesablarında duyğusal paylaşım edib. Messi milli komandanın formasını geyinməyin onun üçün xüsusi məna daşıdığını vurğulayaraq bu qərarın doğru olduğuna inandığını bildirib.
Vida mesajında futbolçu belə yazıb:
"Dünən mənim son oyunum idi və mən artıq darıxıram. Bilirəm ki, doğru qərar verirəm. Bu, sevinclərlə, həm də bəzi kədərlərlə dolu inanılmaz bir yol idi, lakin dəqiq bilirəm ki, atılan hər bir addıma dəyərdi. Milli komandanın formasını geyinmək vaxtı çatanda hisslərimə həmişə hörmətlə yanaşdıqları və özümü ölkəmə həsr etməyə imkan verdikləri üçün oynadığım bütün klublara təşəkkür edirəm".
Lionel Messi Argentina yığmasının heyətində son matçını oktyabrın 7-nə keçən gecə Beninə qarşı keçirib. Qarşılaşma Argentinanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nikolas Otamendi və Niko Pasın da fərqləndiyi görüşdə Messi 71-ci dəqiqədə penaltidən topu rəqib qapısından keçirib. O, həmçinin iki məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Messi avqustun 31-də Argentina millisindəki karyerasını yekunlaşdırmaq qərarını açıqlamışdı.
Karyerası ərzində "Barselona" və PSJ-də çıxış edən futbolçu hazırda "İnter Mayami"nin formasını geyinir. Messi klub səviyyəsində 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.
Bundan əvvəl Kriştianu Ronaldo da Lionel Messinin milli komandadan ayrılması ilə bağlı ona dəstəyini ifadə edən paylaşım etmişdi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda məşhur hotelin fəaliyyəti dayandırıldı
-
Azərbaycan və Mərkəzi Asiya Avrasiyanın artım mərkəzləridir - Tokayev
-
Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin beynəlxalq nəqliyyatda rolu durmadan artır - Sərdar Berdiməhəmmədov
-
Nikolay Baskovun 71 yaşlı anası - Gənc görünüşü diqqət çəkdi - (Foto)
-
Fatimənin qətlində yeni detal: Sosial şəbəkədə onu öldürəcəyini əvvəlcədən yazıbmış - (Foto)
-
Prezident İlham Əliyev Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - (Foto)
-
"Togg" bomba kimi partladı - (Video)
-
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi - (Foto)
-
Prezident İlham Əliyevin səyləri ilə Avrasiyada yeni əməkdaşlıq oxu formalaşır – Avaza görüşü
-
"Hüsnü Çoban"ın yeni işi bəlli oldu
-
Saatlıda “Mercedes” hasara çırpıldı - Ölən var
-
Qarabağdan 16 nəfərə aid insan qalıqları aşkarlandı
-
Neft bahalaşdı: “Brent” 102 dolları keçdi
-
Vəfa Şərifova bahalı ətirlərini nümayiş etdirdi: "Şəhərin ən bahalı ətiridir" - (Video)
-
İstanbulda 6 mərtəbəli bina çökdü
-
Milli ilə vidalaşan Messidən ilk açıqlama
-
Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib - (Foto)
-
Xaçmazda 7 kiloqram narkotik götürüldü
-
"Gəncə" ilk oyununda Türkiyə klubuna uduzdu
-
Paytaxtın 13 küçəsində tıxac var
-
Bu türk serialı final edir
-
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
-
Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?
-
“Bununla ağrılarım çəkildi, yuxum düzəldi” - Fatimə Fətəliyeva





