Dünya

Rubio: Bu tarixdə İranda böyük fəlakət olacaq

9 Oktyabr 2026 10:07
Baxış: 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Neft gəlirlərinin dayandırılması səbəbindən İran qarşıdakı həftələrdə görünməmiş iqtisadi böhranla üzləşəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, Tehran sonda mövcud vəziyyəti qorumaqla inqilab arasında seçim etməli olacaq.

"Amerikanın İrana qarşı hərəkətlərinin əsas məqsədi dəyişməz olaraq qalır: Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq. İran heç vaxt nüvə silahına sahib ola bilməz", - o bildirib.

Rubionun sözlərinə görə, Tehran Amerika qoşunlarını və region ölkələrini təhdid etmək üçün çoxlu sayda raket və dron yaratmağa, daha sonra isə bu arsenaldan nüvə proqramını inkişaf etdirmək üçün "ənənəvi qalxan" kimi istifadə etməyə çalışırdı:

"Məhz bu səbəbdən ABŞ İranın raket potensialının əhəmiyyətli bir hissəsini məhv edib, eləcə də onun dron istehsalına, dəniz və hava qüvvələrinə zərbələr endirib".

Dövlət katibi həmçinin Hörmüz boğazının artıq açıq olduğunu və İranın ona nəzarət etmədiyini vurğulayıb. Deyib ki, cənub marşrutu ilə neft tədarükü münaqişədən əvvəlki səviyyənin demək olar ki, 80%-nə qayıdıb:

"Neftini etibarlı şəkildə ixrac etmək imkanından praktik olaraq məhrum olan İrandır. Blokada səbəbindən ölkənin neft tədarükü dayandırılıb və razılaşma vaxtı çıxarılan neft ehtiyatları hazırda Sakit okeandadır və tezliklə satılacaq. Bundan sonra dünyanın heç bir yerində İran nefti qalmayacaq".

Dövlət katibi İrana qarşı iqtisadi təzyiqin qarşıdakı həftələrdə kəskin şəkildə artacağını vəd edib:

"Onlar müasir İran tarixində ən fəlakətli iqtisadi vəziyyətlə üzləşəcəklər".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.