İdman

Ronaldonun anası: "Bundan şoka düşmüşdüm!"

9 Oktyabr 2026 10:28
Baxış: 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

 

Kristiano Ronaldonun anası Dolores Aveiro oğlunun Portuqaliyada layiq olduğu dəyəri görmədiyini düşünür.

Milli.Az xəbər verir ki, o, bu barədə "TV7 Dias" jurnalına açıqlamasında danışıb. Dolores Aveiro oğlunun yaşadığı hadisələrdən kədərləndiyini və onun ölkə futboluna verdiyi töhfələrin lazımi səviyyədə qiymətləndirilmədiyini bildirib.

"Bu, məni kədərləndirdi. Belə bir hadisə ilə üzləşmək şok idi. Oğlum əsas qapıdan çıxa bilərdi, amma arxa qapıdan getdi. Bir az ağladım, lakin sonradan özümü toparladım. Ondan sakitləşməsini istədim, amma o, öz qərarını verdi. Bununla belə, qorxulu heç nə yoxdur. Tanrı hər kəsi görür", - deyə o qeyd edib.

Dolores Aveiro oğlunun Portuqaliya futbolu üçün gördüyü işləri xatırladaraq onun hər zaman ölkəsinin qəhrəmanı olduğunu vurğulayıb:

"Portuqaliya üçün çox şey edib. O, həmişə Portuqaliyanın qəhrəmanı olub, amma layiq olduğu qədər qiymətləndirilməyib".

Qeyd edək ki, daha əvvəl Kristiano Ronaldonun baş məşqçi Jorje Jesusla yaşadığı münaqişədən sonra Portuqaliya millisinin düşərgəsini tərk etdiyi bildirilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.