Ölkə

Daha 3 marşrutun hərəkət istiqaməti dəyişdirildi

9 Oktyabr 2026 09:41
Baxış: 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. 

AYNA-dan Milli.Az-a verilən xəbərə görə, məhdudiyyət səbəbindən 20, 55 və 104 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.
 
Dəyişikliyə əsasən: 

- 20 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Yeni Günəşli qəsəbəsinin Surxay Noçuyev küçəsinə dəyişdirilib;

- 55 nömrəli marşrutun son dayanacaq məntəqəsi Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsinə dəyişdirilib; 

- 104 nömrəli marşrutun hərəkəti 52-ci Qaraçuxur və Hatəm Allahverdiyev küçələri, Zığ şosesi və Gəncə prospekti ilə, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.