Cəmiyyət

Nəriman Həsənzadənin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - (Foto)

8 Oktyabr 2026 19:46
Baxış: 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Xalq şairi Nəriman Həsənzadənin adından belə bir səhifə açılıb. Həmin səhifə vasitəsi ilə uyğunsuz qruplara dəvətlər edilir".

Milli.Az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar birliyinin mətbuat katibi Xəyat Rza sosial şəbəkə hesabında yazıb.

"Ailəsi ilə əlaqə saxladıq. Xəbərsizdirlər və narahatlıqlarını ifadə etdilər. Səhifənin şikayət edilməsini xahiş etdilər. Bu səhifəni işlədən hər kimdirsə, könüllü olaraq bağlasa yaxşı olar. Ayıbdır!", - deyə o paylaşımında qeyd edib.

Xatırladaq ki, N.Həsənzadə bu il avqustun 1-i vəfat edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.