Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb.
Milli.Az xəbər verir ki, bəyanatda bildirilib:
"Bakı Təşəbbüs Qrupu (BTQ) Fransada lisey şagirdləri və gənclərin davam edən ümummilli səfərbərliyini, habelə etirazçıların ağır xəsarətlər almasını, çoxsaylı saxlanılma halları və təhlükəli xüsusi vasitələrin tətbiqi ilə bağlı məlumatları ciddi narahatlıqla izləyir.
Kretey şəhərində başlayan və sonradan bütün Fransa ərazisinə yayılan hərəkat ilkin olaraq keyfiyyətli təhsil hüququ ilə bilavasitə bağlı problemlər: müəllim və digər təhsil işçilərinin çatışmazlığı, məktəb infrastrukturunun yararsız vəziyyəti, həddindən artıq dərs yükü və ali təhsil müəssisələrinə qəbul sisteminin ayrı-ayrı aspektlərindən narazılıq fonunda meydana çıxmışdır. Sonradan bu narazılıqlar lisey və universitet tələbələrinin, müəllimlərin, valideynlərin və həmkarlar ittifaqlarının iştirakı ilə ümummilli gənclər hərəkatına çevrilmişdir.
Hadisələrin miqyası xüsusi diqqət tələb edir. Oktyabrın 8-nə olan məlumata görə, Fransanın daxili işlər naziri 6 600-dən çox şəxsin saxlanıldığını, 215 şagirdin və 89 təhsil işçisinin xəsarət aldığını bildirmişdir.
Xüsusilə narahatedici məqamlardan biri azyaşlıların ağır xəsarətlər alması ilə bağlı hallardır. Lens şəhərində 15 yaşlı şagird etirazlar zamanı tətbiq olunan səs qumbarasının partlaması nəticəsində əlini itirmişdir.
BTQ hesab edir ki, təhsil hüququ, ifadə və dinc toplaşmaq azadlığı, eləcə də uşaqların və gənclərin zərurətsiz və ya qeyri-mütənasib güc tətbiqindən müdafiəsi universal prinsiplərdir və bu prinsiplərə selektiv yanaşma və ikili standartlar olmadan riayət edilməlidir.
Keyfiyyətli təhsilə çıxış, eyni zamanda, həqiqi dekolonizasiya prosesinin əsas sütunlarından biridir. Təhsil struktur bərabərsizliklərini aradan qaldırmağa, öz kimliyini qorumağa, dayanıqlı və özünəyetərli institutlar qurmağa imkan verir.
BTQ Fransa hakimiyyətini nümayişlər zamanı hüquq-mühafizə tədbirlərinin zərurilik, mütənasiblik və hesabatlılıq prinsiplərinə ciddi şəkildə uyğun həyata keçirilməsini təmin etməyə; azyaşlıların və gənclərin öz fikirlərini dinc şəkildə ifadə etmək və toplaşmaq hüquqlarına təminat verməyə; ağır xəsarətlərlə nəticələnən halların səmərəli araşdırılmasını təmin etməyə; şagirdlər, müəllimlər və onların nümayəndə təşkilatları ilə substantiv dialoq aparmağa çağırır.
Fransa insan hüquqlarının, demokratik azadlıqların və insan ləyaqətinin qorunmasını daxili və xarici siyasətinin fundamental prinsipləri kimi müdafiə etdiyini iddia edir. Bu prinsiplərin ardıcıl tətbiqi ilk növbədə ölkə daxilindən başlamalıdır. İnsan hüquqları selektiv şəkildə müdafiə oluna bilməz və səsini eşitdirməyə çalışan gənclərə ilk növbədə təhlükəsizlik problemi kimi deyil, hüquq daşıyıcıları kimi yanaşılmalıdır.
Bakı Təşəbbüs Qrupu hadisələrin inkişafını yaxından izləməkdə davam edəcək və dialoqa, təmkinə, habelə fundamental hüquqlara tam hörmət göstərilməsinə çağırır".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
-
Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər - (Video)
-
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Sərdar Berdiməhəmmədovla görüşü olub - (Foto/Video)
-
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - Birgə Bəyanat
-
Prezident İlham Əliyevin iştirakı ilə Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub - (Video)
XƏBƏR LENTİ
-
Cəbrayılda eyni ərazidə ikinci mina partlayışı baş verib - Yenilənib
-
Azərbaycanın cüdo tarixində rekord
-
Nəriman Həsənzadənin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - (Foto)
-
Atilla Taşın qızı faciəvi şəkildə öldü
-
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
-
Selin Dion səhnədə yıxıldı - (Video)
-
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş - Yenilənib - (Video)
-
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
-
Beynəlxalq səyyahlar Ağdamın tarixi məkanlarını ziyarət ediblər - (Foto)
-
“Atama qarşı haqsızlıq çox oldu” - Peyman Əşrəfov
-
ABŞ Ukrayna danışıqlarında vasitəçilik səylərini dayandıra bilər - Rubio
-
Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - xəbərdarlıq
-
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçirilib - (Foto)
-
Çox zülal qəbul etmək arıqladır? - Həkim açıqladı
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
-
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq: Sistemlər hücum altındadır
-
ABŞ İrana zərbələri bərpa edə bilər - Mühüm detallar
-
Əməkdar artist: “Bəd nəzərə gəldim, 14 saat komada qalmışam” - (Video)
-
Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər - (Video)
-
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
-
Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı fotosərgisinin açılışı keçirilib - (Foto)
-
"Şou-biznesin ən gözəl xanımı Aygün Kazımovadır"
-
Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunu 9 ayda 120 mindən çox turist ziyarət edib
-
İran bu vaxta qədər Hörmüz boğazını açmayacağını elan etdi





