Ölkə

Beynəlxalq səyyahlar Ağdamın tarixi məkanlarını ziyarət ediblər - (Foto)

8 Oktyabr 2026 18:25
Baxış: 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünya şöhrətli "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində Ağdam şəhərində olublar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 13 ölkədən olan səyyahlar Ağdamın tarixi və mədəni irsi ilə tanış olublar.

Səfər proqramına uyğun olaraq qonaqlar əvvəlcə Ağdam Cümə Məscidini ziyarət ediblər. Burada onlara məscidin tarixi, işğaldan əvvəlki görünüşü və işğal illərində məruz qaldığı dağıntılar barədə məlumat verilib.

Daha sonra səyyahlar Ağdam şəhərində bərpa edilən İmarət Kompleksinə baş çəkiblər. Qonaqlara abidə kompleksinin tarixi, əhəmiyyəti və ərazidə həyata keçirilən bərpa işləri barədə məlumat təqdim olunub.

Beləliklə, beynəlxalq səyyahların Ağdam şəhərinə səfər proqramı başa çatıb.

Səfər proqramına əsasən, heyətin sabah Kəlbəcər və Ağdərə rayonlarına getməsi nəzərdə tutulur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.