“Atama qarşı haqsızlıq çox oldu” - Peyman Əşrəfov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Atam sağlığında doğum günlərini ailəsi ilə birgə qeyd edərdi. O, ailəsinə hədsiz bağlı insan idi. Mən atamla bir yerdə işləyirdim. Onunla bağlı xatirələrim o qədər çoxdur ki... Mənim atam elə ömür sürüb ki, ölən günə kimi heç kimə yaltaqlanmayıb və baş əyməyib".
Milli.Az xəbər verir ki, bu sözləri Musavat.com-a mərhum sənətkar Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov bildirib.
Atası ilə bağlı xatirələrini bölüşən Peyman ona laqeydlik olduğundan gileylənib:
"Onun bu mənada qəribə xasiyyətləri var idi ki, bizə də keçib. Baloğlan Əşrəfov kişi kimi yaşadı, kişi kimi dünyasını dəyişdi. Arzuları çox idi. Amma atama qarşı haqsızlıq çox oldu. Bunu mən indi də qəbul edə bilmirəm.
Atam 1971-ci ildən bəri böyük səhnələrə çıxıb, fəaliyyət göstərib. Bunun müqabilində isə atama layiq olan fəxri adı vermədilər. Onun ən acığına gələn söz əməkdar artist idi. Biz onun məzarı üzərində bu sözü yazmışıq. Lakin düşünürəm ki, imkanı olsaydı, atam o sözü məzardan da götürdərdi. Həmişə deyirdi ki, onun adı əməkdar artistdən üstündür.
Ona Xalq artisti adı verilməli idi, amma vermədilər. Bu il 75 yaşı tamam olurdu, amma heç bir tədbir keçirilmədi. Sağlığında olduğu kimi, vəfat edəndən sonra da laqeyd yanaşdılar. Toyda atamı təqdim edəndə deyirdi, "məni əməkdar artist kimi təqdim etməyin".
Qeyd edək ki, mərhum sənətkar yaşasaydı, 75 yaşını qeyd edəcəkdi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Selin Dion səhnədə yıxıldı - (Video)
-
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
-
“Atama qarşı haqsızlıq çox oldu” - Peyman Əşrəfov
-
Əməkdar artist: “Bəd nəzərə gəldim, 14 saat komada qalmışam” - (Video)
-
"Şou-biznesin ən gözəl xanımı Aygün Kazımovadır"
-
Məleykə Əsədovanın bacısı qızı vəfat etdi - (Foto)
XƏBƏR LENTİ
-
Selin Dion səhnədə yıxıldı - (Video)
-
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş - Yenilənib - (Video)
-
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
-
Cəbrayılda mina partladı - Xəsarət alan var - Yenilənib
-
Beynəlxalq səyyahlar Ağdamın tarixi məkanlarını ziyarət ediblər - (Foto)
-
“Atama qarşı haqsızlıq çox oldu” - Peyman Əşrəfov
-
ABŞ Ukrayna danışıqlarında vasitəçilik səylərini dayandıra bilər - Rubio
-
Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - xəbərdarlıq
-
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçirilib - (Foto)
-
Çox zülal qəbul etmək arıqladır? - Həkim açıqladı
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
-
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq: Sistemlər hücum altındadır
-
ABŞ İrana zərbələri bərpa edə bilər - Mühüm detallar
-
Əməkdar artist: “Bəd nəzərə gəldim, 14 saat komada qalmışam” - (Video)
-
Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər - (Video)
-
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
-
Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı fotosərgisinin açılışı keçirilib - (Foto)
-
"Şou-biznesin ən gözəl xanımı Aygün Kazımovadır"
-
Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunu 9 ayda 120 mindən çox turist ziyarət edib
-
İran bu vaxta qədər Hörmüz boğazını açmayacağını elan etdi
-
"Neftçi" – "Sabah" oyununun hakimləri açıqlandı
-
Müdir işçilərinə BMW hədiyyə etdi - Səbəbi təəccübləndirdi
-
Məleykə Əsədovanın bacısı qızı vəfat etdi - (Foto)
-
Müğənni Elvinin oğlu Aygün Bəylərin mahnısını oxudu: Atası göz yaşlarına boğuldu - (Video)





