Dünya

Kliçko Kiyevi tərk etməyi məsləhət gördü

9 Oktyabr 2026 12:35
Baxış: 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukraynanın paytaxtı Kiyev hazırda tam mənada sağ qalmaq uğrunda mübarizə aparmaq məcburiyyətindədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu şəhərin meri Vitali Kliçko AFP agentliyinə müsahibəsində bildirib.

O, paytaxtdan kənarda dostları və ya qohumları olan Kiyev sakinlərinə müvəqqəti olaraq onların yanına köçmək imkanını nəzərdən keçirməyi tövsiyə edib.

"Bu gün söhbət sağ qalmaqdan gedir", - deyə Kliçko vurğulayıb.

Bununla belə, mer şəhərin tamamilə təxliyə edilməsi ilə bağlı çağırış etməyəcəyini bildirib.

Qeyd olunub ki, paytaxt qış mövsümünə hazırlıq çərçivəsində ehtiyat istilik sistemləri, yanacaq, ərzaq və içməli su ehtiyatları toplayır.

Lakin Kliçko xəbərdarlıq edib ki, görülən hazırlıqlar belə mənfi ssenarilərin qarşısını tam almağa kifayət etməyə bilər. Onun sözlərinə görə, xüsusilə su təchizatı infrastrukturunun fəaliyyətində baş verə biləcək hər hansı ciddi pozuntu genişmiqyaslı böhrana səbəb ola bilər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.