Texnologiya

Samsung bu 2 model üçün yeniləməni dayandırdı

9 Oktyabr 2026 17:16
Baxış: 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Samsung 2022-ci ildə satışa çıxardığı "Galaxy A04s" və "Galaxy A23 5G" modelləri üçün müntəzəm proqram təminatı və təhlükəsizlik yeniləmələrini dayandırıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, şirkət hər iki smartfonu dörd illik müntəzəm dəstək müddəti başa çatdıqdan sonra təhlükəsizlik yeniləmələri siyahısından çıxarıb. Bununla da həmin modellər yeni funksiyalar və təhlükəsizlik yeniləmələri almayacaq.

Bu səbəbdən istifadəçilərə həm yeni proqram imkanlarından yararlanmaq, həm də şəxsi məlumatlarının təhlükəsizliyini daha yaxşı qorumaq üçün daha yeni smartfon modellərinə keçməyi nəzərdən keçirmək tövsiyə olunur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.