Şou-biznes

Güllünün qətlində günahlandırılan qızı ilə bağlı qərar verildi

9 Oktyabr 2026 17:29
Baxış: 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yalovanın Çinarcık rayonunda yerləşən binanın 5-ci mərtəbəsindəki evinin pəncərəsindən yıxılaraq həyatını itirmiş məşhur türkiyəli müğənni Güllünün (52 yaş) ölümündə şübhəli bilinən qızı Tuğyan Ülkəm Gülter ilə bağlı məhkəmə qərar qəbul edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənətçinin ölümü ilə bağlı məhkəmədə qızı Tuğyan Ülkem Gülter yeganə təqsirləndirilən şəxs olaraq yer alıb. Tuğyan Ülkem Gülter "əvvəldən planlayaraq valideynini qəsdən öldürmə" maddəsi üzrə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum olunub. Hökmü eşidən Gülter ağlamağa başlayıb.

Xatırladaq ki, Türkiyədə ictimaiyyət tərəfindən Güllü kimi tanınan Gül Tut 2025-ci il sentyabrın 26-da Yalovadakı evinin altıncı mərtəbəsinin pəncərəsindən yıxılaraq şübhəli şəraitdə ölmüşdü.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.