ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiyalar tətbiq edib.
Milli.Az report-a istinadən xəbər verir ki, qərar məhkəmənin keçmiş hakimlərindən biri Navi Pillayın Nobel Sülh Mükafatına layiq görülməsindən cəmi bir neçə saat sonra verilib.
ABŞ dövlət katibi Marko Rubio qərarın Prezident Donald Trampın administrasiyası tərəfindən qəbul edildiyini bildirib.
"Prezident Tramp Beynəlxalq Cinayət Məhkəməsinin amerikalıları təqib etməsinə heç vaxt imkan verməyəcək", - o, deyib.
Rubionun sözlərinə görə, Vaşinqton BCM ilə əməliyyatların aparılmasını qadağan etmək, onun resurslarını və gələcək fəaliyyət imkanlarını məhdudlaşdırmaq niyyətindədir.
Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi agentliyə bildirib ki, ABŞ-nin Maliyyə Nazirliyi Amerika maraqlarını qorumaq üçün bir sıra lisenziyalar verəcək. Ehtimal ki, söhbət bəzi məhdudiyyətlərdən müvəqqəti istisnalardan gedir.
Bu tip Amerika sanksiyaları, bir qayda olaraq, ABŞ-də qeydiyyatdan keçmiş şirkətlərin məhdudiyyətlərə məruz qalmış təşkilatlarla əməkdaşlıq etməsini qadağan edir. Bu, bank hesablarının bağlanmasına, sığorta təminatına xitam verilməsinə və proqram təminatı xidmətlərinin dayandırılmasına səbəb ola bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib
-
“Həmin tarixədək İrana hücum etməyəcəyik” - Tramp
-
ABŞ Ukrayna danışıqlarında vasitəçilik səylərini dayandıra bilər - Rubio
-
Tramp: İranla müharibə çox tezliklə başa çatacaq
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
XƏBƏR LENTİ
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)
-
AZAL Moskvaya bir sıra reysləri müvəqqəti dayandırıb
-
Montella Türkiyə millisindən göndərildi
-
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - (Foto)
-
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yeni layihəyə start verir
-
“Ələkbər Rzaquliyev: qrafik irsə baxış” adlı mühazirə keçirilib - (Foto)
-
“Nursema”nın taleyindən özü də xəbərsiz imiş…
-
Bakı-Sumqayıt yolunda avtomobil yanır - (Foto)
-
“Üç gün, üç fərqli heyət, bir möhtəşəm ‘Turandot’ – dünya opera ulduzları Bakıda!”
-
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib
-
Bakıda beynəlxalq tədbirlə əlaqədar nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək
-
"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Füzuli Hüseynov kövrəldi
-
İlham Mayılov vəfat etdi
-
Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama
-
Zelim Kotsoyevin erməni rəqibindən qeyri-etik davranış - (Video)
-
Ceyranbatanda yaşayış binasında baş vermiş yanğın söndürülüb - (Foto/Video)
-
Rafinya "Qalatasaray"la oyunda iştirak etməyəcək
-
Beynəlxalq səyyahlar Ağdərədəki Gəncəsər monastırında olublar - (Foto)
-
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
-
Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı
-
Atilla Taşın qızının yıxılaraq öldüyü binanın görüntüləri yayıldı – (Video)
-
Güllünün qətlində günahlandırılan qızı ilə bağlı qərar verildi
-
Samsung bu 2 model üçün yeniləməni dayandırdı





