Şou-biznes

Britni Spirs oğulları ilə bir araya gəldi - (Foto)

10 Oktyabr 2026 00:12
Baxış: 234
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünya şöhrətli müğənni Britni Spirs oğulları ilə birlikdə səyahətə çıxıb.

Milli.Az xəbər verir ki, sənətçi oktyabrın 7-də sosial şəbəkə hesabında 21 yaşlı Şon Preston və 20 yaşlı Ceyden Ceymslə birgə çəkilmiş fotolarını paylaşıb. Ailə ABŞ-nin Neşvill şəhərində yerləşən, məşhur müğənni Dolli Partona məxsus "Dollywood" əyləncə parkında vaxt keçirib.

Britni park gəzintisi zamanı diqqət çəkməmək üçün gün eynəyi və tibbi maskadan istifadə edib. O, zolaqlı üst geyimi, cins mini ətəyi və sandalları ilə rahat tərzə üstünlük verib.

Müğənni paylaşımında parkın mövcudluğundan xəbərsiz olduğunu və məkanın çox maraqlı gəldiyini bildirib. O, havanın həddindən artıq isti olmasından və ətəyinin əyninə böyük gəlməsindən də bəhs edib.

Qeyd edək ki, Britni Spirsin oğulları keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlaynla nikahından dünyaya gəlib. Şon Preston və Ceyden Ceyms son vaxtlar moda sahəsində də diqqət çəkirlər. Onlar Paris Kişi Moda Həftəsi çərçivəsində "Vetements" brendinin nümayişində podiuma çıxıblar. Ceyden Ceyms isə "Interview" jurnalında dərc olunub və "MAC" kosmetika brendinin kişi məhsulları xəttinin siması olub. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor) 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.