Cəmiyyət

Azərbaycan və Litva muzeylər arasında əməkdaşlıq memorandumları imzalanıb

9 Oktyabr 2026 22:02
Baxış: 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

10 və 16 sentyabr 2026-cı il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyi ilə Litvanın iki nüfuzlu mədəniyyət müəssisəsi - Litva Milli İncəsənət Muzeyi (Lithuanian National Museum of Art) və M. K. Çiurlionis Milli İncəsənət Muzeyi (M. K. Čiurlionis National Museum of Art) arasında əməkdaşlıq memorandumları imzalanıb.

Əməkdaşlıq əlaqələri Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovanın Litvaya səfəri çərçivəsində qurulub. Səfər zamanı muzeylər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi istiqamətində razılıq əldə edilib.

İmzalanmış memorandumlar muzeylər arasında tərəfdaşlığın möhkəmləndirilməsi, incəsənət və muzey işi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də birgə mədəni layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradır.

Əməkdaşlıq çərçivəsində birgə sərgilərin təşkili, elmi-tədqiqat fəaliyyətinin inkişafı, kolleksiyaların öyrənilməsi və təbliği, həmçinin muzey mütəxəssisləri arasında bilik və təcrübə mübadiləsi istiqamətlərində əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.

Bu əməkdaşlıq Azərbaycan və Litva arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, hər iki ölkənin zəngin bədii irsinin beynəlxalq miqyasda tanıdılmasına və muzeylərarası tərəfdaşlığın inkişafına töhfə verəcək.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.