Texnologiya

“Gemini” süni-intellekt çat-botundan pulsuz istifadə məhdudlaşdırılıb

9 Oktyabr 2026 21:40
Baxış: 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Oktyabrın 9-dan etibarən "Gemini" sün intellekt çat-botunun pulsuz versiyasının istifadəçiləri üçün yalnız "Gemini 3.5 Flash-Lite" modeli əlçatan olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  eyni zaamnda ayda 4,99 dollar ödəyən "Google AI Plus" abunəçiləri də "Gemini Pro" modelinə çıxış imkanını itirəcəklər. Lakin, ayda 19,99 dollar ödəyən AI Pro abunəçiləri əvvəllər daha bahalı tarif planında mövcud olan "Deep Think" (Dərin təhlil) funksiyasından istifadə edə biləcəklər.

"Google" oktyabr ayında, həmçinin tapşırıqların mürəkkəblik səviyyəsini müəyyən edən üç rejim - aşağı, orta və yüksək səviyyələrini tətbiq edəcək. Süni intellektin imkanları və istifadə limitlərinin sərfiyyatı seçilmiş səviyyədən asılı olacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.