İdman

Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb

9 Oktyabr 2026 23:17
Baxış: 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

​Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo baş məşqçi Jorje Jezus ilə yaşanan gərgin mübahisə və komandanın düşərgəsini tərk etməsi səbəbindən Portuqaliya Futbol Federasiyası (FPF) tərəfindən cəzalandırılıb.

Milli.Az xəbər verir ki, Ronaldo və baş məşqçi Jorje Jezus arasında oyun vaxtının idarə olunması və verilən sözlərin tutulmaması ilə bağlı narazılıq yaranıb. Xüsusilə Norveç ilə matçda isinmə hərəkətləri etməsinə baxmayaraq meydana buraxılmaması ulduz futbolçunun qəzəbinə səbəb olub və o, düşərgəni tərk edib.  

FPF qaydalarına əsasən avtomatik olaraq ehtiyat tədbiri kimi uzaqlaşdırma qərarı işə düşüb. İntizam Şurası Ronaldonun hərəkətləri ilə bağlı yekun qərarı verməyə hazırlaşır.  
​
Veteran futbolçunun əməlinə görə 1 ildən 6 aya qədər diskvalifikasiya oluna biləcəyi müzakirə edilir.

Baş verənlərdən sonra rəsmi açıqlama yayan 41 yaşlı hücumçu səhvə yol verdiyini etiraf edərək portuqaliyalı xalqından və komanda yoldaşlarından üzr istəyib, lakin FPF-nin verəcəyi hər cəzanı qəbul edəcəyini və fiziki forması imkan verdiyi təqdirdə milli komandaya qayıtmaq istədiyini bildirib. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.