Şou-biznes

Xoşqədəm Hidayətqızı “Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı

10 Oktyabr 2026 19:48
Baxış: 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb.

Milli.Az xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildirib ki, əvvəllər layihədə valideynləri ilə birlikdə iştirak edib. Lakin onların vəfatından sonra verilişə çıxmaq onun üçün ağır olub:

"Verilişə əvvəl valideynlərimlə çıxırdım. Sonra orada çıxış etmək mənə valideynlərimi xatırladırdı. Çox pis olurdum, təkrar yaramın qaysağı qopurdu. Ona görə də o layihədən getdim".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı əvvəl anasını, bir müddət sonra isə atasını itirib. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.