Avto

Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq? - (Video)

11 Oktyabr 2026 00:48
Baxış: 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasının səbəblərindən biri vergi güzəştlərinin başa çatmasıdır. 2026-cı il yanvarın 1-dən hibrid avtomobillərin idxalına ƏDV tətbiq edilməyə başlanıb. Bu, avtomobillərin maya dəyərinə və satış qiymətinə təsir göstərir. Bundan başqa, əvvəlki dövrdə güzəştlərdən yararlanaraq ölkəyə çoxlu avtomobil gətirilməsi də cari ilin göstəricilərinə təsirsiz ötüşməyib.

Nəticədə, bazarda əvvəlki dövrlə müqayisədə fərqli mənzərə yaranıb. İndi həm idxalçılar, həm də avtomobil almaq istəyənlər yeni şərtlərə uyğunlaşmağa çalışırlar. Çin avtomobil bazarında növbəti dəyişiklik isə 2027-ci ildən ixrac prosedurları ilə bağlı olacaq.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.