Avto

Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir

6 Oktyabr 2026 00:46
Baxış: 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Çin 2027-ci ildən etibarən nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişdirir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  əgər 2026-cı ildə istənilən markadan olan nəqliyyat vasitəsi yalnız Çində 180 gündən artıq müddətdə qeydiyyatda olduğu təqdirdə ixrac edilə bilirdisə, 2027-ci ildən başlayaraq istehsalçıdan həm də ölkə xaricində təmir işlərini həyata keçirməyə və ehtiyat hissələri ilə təchiz etməyə qadir olan servis mərkəzlərinin mövcudluğunu təsdiqləmək tələb olunacaq.

Çin Xalq Respublikasının rəsmiləri istənilən vaxt istehsalçılardan sənədlər, işçi heyəti haqqında məlumat və avadanlıqların fotoşəkillərini tələb edə biləcəklər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.