İdman

Türkiyədə iki hakim həbs edildi

5 Oktyabr 2026 22:07
Baxış: 291
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyədə hakimlərə qarşı aparılan araşdırma çərçivəsində saxlanılan Super Liqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində qərar verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şübhəlilər bu gün səhər saatlarında ifadə veriblər.

Sonra Yasin Kol "təşviq", Göktuğ Hazar Erel isə "rəsmi sənəddə saxtakarlıq" ittihamı ilə həbs tələbiylə məhkəməyə göndərilib.

Hakimlər Trabzonda keçirilən "Trabzonspor" - "Drogheda United" hazırlıq matçından sonra saxtakarlıqda iştirak və vəzifədən sui-istifadə iddiaları üzrə nəzarətə götürülmüşdülər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.