İdman

"Sabah" - "Slaviya" oyununu bu hakim idarə edəcək

11 Oktyabr 2026 13:22
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək.

Milli.Az xəbər verir ki, qarşılaşmanın baş hakimi Sebastian Qishamer olacaq.

FIFA referisinə həmyerliləri Roland Ridel və Santino Şrayner kömək edəcək.

Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Alan Kiyas , AVAR-da Josef Spurni əyləşəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 13-da, Bakı Olimpiya Stadionunda saat 20:45-də start götürəcək.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.