Hadisə

Goranboyda həkim dərmandan zəhərləndi

11 Oktyabr 2026 14:46
Baxış: 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Goranboyda uşaq həkimi dərmandan zəhərlənib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə Goranboy şəhərində qeydə alınıb.

Şəhər sakini, 1962-ci il təvəllüdlü Təranə Adil qızı Hüseynova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Qadının hansı şəraitdə dərmandan zəhərləndiyi məlum deyil.

Qeyd edək ki, T. Hüseynova Goranboy Rayon Mərkəzi Xəstəxanasında uşaq həkimi işləyir. 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.