Dünya

Hörmüz boğazında tanker naməlum mərmi ilə vuruldu

11 Oktyabr 2026 15:00
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub.

Milli.Az xəbər verir ki, bu barədə "Sky News" Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinə (UKMTO) istinadən məlumat yayıb.

Hadisənin başvermə səbəbi və şəraiti ilə bağlı əlavə təfərrüatlar hələlik dəqiqləşdirilir.

UKMTO-nun məlumatına görə, tanker boğazdan çıxarkən sol bortundan vurulub və gəmidə yanğın baş verib.

Ekipaj üzvlərinin təhlükəsizlikdə olduğu bildirilir. Gəmiyə dəymiş ziyanın miqyası və hadisənin ətraf mühitə mümkün təsirləri hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır. Bölgədən keçən gəmilərə ehtiyatlı olmaq tövsiyə edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.