Dünya

Zelenski seçkilərə getmək üçün şərtini açıqladı

11 Oktyabr 2026 18:46
Baxış: 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya dövlət başçısı Vladimir Putinin 60 günlük atəşkəsə razılıq verəcəyi təqdirdə ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bəyan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Zelenskinin bu sensasion gedişi ABŞ Prezidenti Donald Trampın kəskin bəyanatlarından dərhal sonraya təsadüf edir.

Qeyd edək ki, bundan öncə Ağ Ev rəhbəri ukraynalılara yeni lider seçməyi tövsiyə edərək, Zelenskinin "saziş bağlamaq qabiliyyətinin olmadığını" və Rusiya ilə dil tapa bilmədiyini vurğulamışdı. Həmçinin Tramp Kiyevin Rusiya neft emalı zavodlarına zərbələri dayandırmaq tələblərinə məhəl qoymamasından gileylənərək, kəşfiyyat məlumatlarının verilməsini dayandırmaqla hədələmişdi.

Nəşr onu da diqqətə çatdırıb ki, Trampın açıqlaması Zelenskinin ətrafında şok effekti yaradıb. Ukrayna lideri dərhal bir neçə Avropa dövlət başçısı ilə təcili telefon danışıqları aparıb və Vaşinqtonun ultimatumunu faktiki olaraq rədd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.