Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir.
Milli.Az xəbər verir ki, bunuAPA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.

Məktəb yalnız bilik məkanı deyil
Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlər arasında münasibətlərin tənzimlənməsi və ümumi davranış mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir: "Azərbaycan dünyəvi dövlətdir. Bu, sadəcə hüquqi status deyil, cəmiyyətin təşkilatlanma fəlsəfəsidir. Məktəb isə bu fəlsəfənin ən həssas tətbiq olunduğu məkanlardan biridir. Burada uşaqlar yalnız riyaziyyat və ya ədəbiyyat öyrənmir, onlar şəxsiyyət, vətəndaş kimi formalaşır, ortaq qaydalara hörmət etməyi mənimsəyirlər. Məhz buna görə də məktəbli forması anlayışı hüquqi aktlarda yer alıb. Bu, sosial bərabərliyin, neytrallığın və vahid mühitin təminatıdır. Şagirdlərin eyni geyim standartlarına əməl etməsi onların məktəb kollektivinə mənsubiyyətini gücləndirəcək, ümumi qaydalara hörmət və məsuliyyət hissinin inkişafına kömək edəcək. Məktəbdə hər kəsin əməl etməli olduğu aydın tələblərin mövcudluğu uşaqlara fərdi istəklərlə kollektiv maraqlar arasında tarazlıq yaratmağı da öyrədir. Təhsil müəssisələrində nizam-intizamın qorunması yalnız inzibati tədbirlərlə məhdudlaşmamalı, şagirdlərdə qaydalara şüurlu münasibətin formalaşdırılmasını da əhatə etməlidir".

Geyim qaydaları sosial fərqlərin təsirini azalda bilər
Deputat qeyd edib ki, vahid məktəbli forması şagirdlər arasında geyim üzərindən müqayisələrin, maddi imkanların nümayişinin və bunun nəticəsində yarana biləcək ayrı-seçkilik hallarının aradan qaldırılmasına şərait yaradacaq: "Uşaqların məktəb mühitində geyimlərinə deyil, biliklərinə, bacarıqlarına və şəxsi keyfiyyətlərinə görə fərqlənməsi üçün bərabər imkanların yaradılması vacibdir. Vahid forma bu baxımdan əhəmiyyətli rol oynayacaq. Məktəbdaxili qaydalara əməl olunması şagirdlərin vəzifəsi olmaqla yanaşı, valideynlərin də məsuliyyətli iştirakını tələb edir. Ailə ilə məktəb arasında əməkdaşlıq tələblərin formal şəkildə deyil, şagirdlər tərəfindən mahiyyətcə mənimsənilməsinə kömək edəcək. Vahid geyim qaydalarının əsas məqsədi təhsil prosesinin təşkilinə, qarşılıqlı hörmətə və sağlam sosial mühitin formalaşmasına töhfə verməkdir".
Elnarə Akimova qeyd edib ki, məktəb qapısından içəri daxil olan uşaq hər şeydən əvvəl şagirddir: "Onun üzərində hər hansı simvolun daşınması bu neytrallığı poza bilər. Məktəb hamı üçün görünüşdə də, qaydalarda da, yanaşmada da eyni olmalıdır".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
-
Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
-
Milli QHT Forumu məktəblərdə geyim qaydaları ətrafında süni qarşıdurma yaradılması cəhdlərini pisləyib
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - (Video)
-
Sabah yağış yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Zelenski seçkilərə getmk üçün şərtini açıqladı
-
“Qarabağ” səfərdə qələbə qazanıb - Premyer Liqa
-
Qışda ilanların gizləndiyi yerlər müəyyən edildi
-
“Lvbel C5” Azərbaycanlı reper Əlizadə ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı
-
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
-
Sumqayıtda avtomobil avtobusla toqquşdu - Yaralılar var
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Biləsuvarda zəncirvari qəza oldu - Ölən və yaralananlar var
-
Meteohəssas insanların diqqətinə
-
Əməkdar jurnalist vəfat etdi
-
Stiven Siqal dördüncü dəfə boşandı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
-
Vladimir Baranov vəfat etdi
-
Milli QHT Forumu məktəblərdə geyim qaydaları ətrafında süni qarşıdurma yaradılması cəhdlərini pisləyib
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - (Video)
-
Hörmüz boğazında tanker naməlum mərmi ilə vuruldu
-
Goranboyda həkim dərmandan zəhərləndi
-
Konqoda Ebola təhlükəsi böyüyür: 8728 yoluxma, 4205 ölüm
-
Türkiyədə ağır qəza: 11 ölü, 27 yaralı
-
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
-
Azərbaycanda tanınmış şair vəfat etdi
-
"Sabah" - "Slaviya" oyununu bu hakim idarə edəcək
-
Qazaxda 73 yaşlı gürcüstanlı TIR sürücüsü ölü tapıldı





