Cəmiyyət

Sabah Culfada işıq olmayacaq

11 Oktyabr 2026 19:14
Baxış: 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.

Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasından çıxan 3, 4 və 5 nömrəli 10 kV-luq hava elektrik xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 12:00-dan 15:00-dək Saltaq, Göydərə, Gal, Şurut, Xoşkeşin, Əlincə, Xanəgah, Qazançı, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ və Boyəhməd kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdəki abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.