İran ABŞ-nin şərtlərinə cavab verib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda amerikalılar bizə cavab veriblər. Cavablarında şərtlərimizin bəzilərini qəbul ediblər, lakin bir sıra məsələlərdə qeyri-müəyyənlik qalır. Beləliklə, cavab verən tərəf biz yox, amerikalılardır. Onların cavabını qənaətbəxş hesab etmirik".
Milli.Az report-a istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.
Onun sözlərinə görə, növbəti mərhələyə keçidin mümkün olması üçün ABŞ mövcud qeyri-müəyyənlikləri aradan qaldırmalıdır. "Görmək lazımdır ki, onlar bu qeyri-müəyyənlikləri aradan qaldıra biləcəklərmi ki, növbəti mərhələlər başlasın, yoxsa yox", - Rezai vurğulayıb.
Şura katibi qeyd edib ki, son iki ay ərzində Vaşinqton diplomatik əlaqələrin bərpası ilə bağlı təkliflərlə vasitəçilər üzərindən dəfələrlə Tehrana müraciət edib.
"Son iki ayda amerikalılar üç kanal - Pakistan, Qətər və hətta İraq vasitəsilə bizə təkliflər göndərib, öz təkliflərimizi onlara çatdırmağımızı istəyiblər. Biz ABŞ-yə yeddi şərt irəli sürmüşük və bildirmişik ki, bu şərtlər yerinə yetirilməsə, nə Hörmüz boğazı onların üzünə açılacaq, nə də danışıqlar aparılacaq", - o, deyib.
Rezai, həmçinin İranın ABŞ ilə diplomatik təmaslara yanaşmasının dəyişdiyini və əvvəlki danışıqlar modelinə qayıtmaq niyyətində olmadığını bildirib.
"Diplomatiyamız dəyişib və biz əvvəlki modelə qayıtmayacağıq. Çünki üç raund danışıqlar aparmışıq və hər dəfə amerikalılar danışıqları yarımçıq dayandıraraq İrana hücum ediblər", - İran rəsmisi əlavə edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var
-
“Mançester Siti” “Liverpul”u darmadağın etdi - (Video)
-
İran ABŞ-nin şərtlərinə cavab verib
-
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
-
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
-
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
-
Biləsuvarda zəncirvari qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
“Növbəti hücuma cavab fərqli olacaq” - Tehran xəbərdarlıq etdi
-
Cibuti sahillərində miqrantları daşıyan gəmi batdı - 109 ölü var
-
Bred Pittin yeni sevgilisi - (Foto)
-
Sabah Culfada işıq olmayacaq
-
Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı - (Video)
-
Zelenski seçkilərə getmək üçün şərtini açıqladı
-
“Qarabağ” səfərdə qələbə qazanıb - Premyer Liqa
-
Qışda ilanların gizləndiyi yerlər müəyyən edildi
-
“Lvbel C5” Azərbaycanlı reper Əlizadə ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı
-
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Sumqayıtda avtomobil avtobusla toqquşdu - Yaralılar var
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
-
Əməkdar jurnalist vəfat etdi





