Maraqlı

110 yaşdan çox yaşayan insanların sirri

12 Oktyabr 2026 05:05
Baxış: 330
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Alimlər 110 yaşdan yuxarı insanların immun sistemində uzunömürlülüklə əlaqəli ola biləcək maraqlı xüsusiyyətlər aşkar ediblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, tədqiqatçılar çox uzun ömür sürən insanların immun sisteminin yaşlanmaya baxmayaraq müəyyən uyğunlaşma qabiliyyətini qoruduğunu müəyyənləşdiriblər. Bu insanların orqanizmində infeksiyalara və digər təhlükələrə qarşı mübarizə aparan immun hüceyrələrinin aktivliyi diqqət çəkib.

Alimlər bunun uzunömürlülüyün yeganə səbəbi olmadığını, genetik faktorlarla yanaşı həyat tərzi və ətraf mühitin də mühüm rol oynadığını vurğulayırlar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.