Cəmiyyət

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

12 Oktyabr 2026 09:05
Baxış: 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, E.Ağayev, Ə.Əhmədov, Vasif Əliyev və Mehman Bünyadzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik enerjisi ilə təchizatı daha keyfiyyətli olacaq.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.